BAKI, 25 may — Sputnik. ABŞ Prezidenti Co Baydenin Ukrayna ilə bağlı konfransda iştirakdan imtina etməsi Ukrayna lideri Vladimir Zelenskiyə qarşı təhqiramiz hərəkətdir.
Bu barədə politoloq Sergey Markov "Telegram" kanalında məlumat verib.
"Baydenin İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirakdan imtina etməsi Ukrayna, Zelenski və Avropa üçün çox təhqiramizdir" - Markov yazıb.
O, qeyd edib ki, Bayden Ukrayna ilə bağlı konfrans əvəzinə Hollivuda - şou-biznes xadimləri ilə görüşə gedəcək.
"Pul toplamaq yaxşı səbəbdir. Ukrayna əvəzinə şoumenlərlə görüşmək təhqirdir" - politoloq əlavə edib.
Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Co Bayden İsveçrədəki konfransa gəlməyə bilər, çünki həmin vaxt onun seçki kampaniyası üçün vəsait toplama tədbiri keçiriləcək.
Xatırladaq ki, Ukrayna üzrə konfrans iyunun 15-16-da keçiriləcək.