TƏHSİL

Üç nazirlik məktəblərdə monitorinqlərə başlayıb

Eyni zamanda bu illər ərzində şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb.
Sputnik
BAKI, 24 may — Sputnik. Elm və Təhsil, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri məktəblərdə monitorinqlərə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi ilə birgə ilboyu suda boğulma və dəm qazı ilə bağlı maarifləndirmə işləri də aparılır:

"Məktəblinin dostu" layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib. Bu müddətdə 3100 dəfə təcili tibbi yardım çağırılma hadisəsi qeydə alınıb. Eyni zamanda bu illər ərzində şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.