“Rusiya həmişə etibarlı tərəfdaş, hamı üçün müttəfiq olub və olaraq qalır. Biz ən yaxın qonşularımızın və dostlarımızın maraqlarına diqqət yetiririk. Qlobal iqtisadiyyatın təlatümlü olduğu və beynəlxalq münasibətlərin yeni çoxqütblü dünya arxitekturasının formalaşdığı bir dövrdə biz bütün sahələrdə əlaqələrimizin tam gücləndirilməsini son dərəcə vacib hesab edirik”, - Mişustin MDB Hökumət Başçıları Şurasının iclasından sonra jurnalistlərə bildirib.
“Hökumət başçıları səviyyəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair mühüm məsələlər ətraflı müzakirə olunub. Biz həmkarlarımızla birlikdə Birliyin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, maraqlı ölkələr və birliklərlə əlaqələrin genişləndirilməsinə çalışacağıq. Və təbii ki, vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılması üçün problemləri birgə həll edirik - MDB iştirakçısı olan dövlətlərin bütün nümayəndələri qeyd etdilər ki, bu, bizim işimizdə ən vacib məsələdir”, - Mişustin deyib.