"Dünyada hər kəs 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə və enerji səmərəliliyini iki dəfə artırmalıdır. Lakin biz həm də yaşıl enerjini bütün dünyada daha əlverişli və rəqabətqabiliyyətli etməliyik. Biz planetdəki hər kəs üçün qələbə qazanmalıyıq. Öhdəliklər götürülüb, lakin bunlar hazırda kifayət deyil. İqlim diplomatiyasındakı bütün tendensiyalar göstərir ki, biz daha çox iş görməliyik. Real dünyada real dəyişikliyə ehtiyacımız var. Bunun üçün bizə real maliyyə rəqəmləri lazımdır. Gəlin, Azərbaycanın COP29-da sədrliyindən başqa bir gözlənti də əldə edək. Ancaq bu, təkcə maliyyə deyil, bundan da artıqdır və COP gündəliyimizdə bir çox başqa mühüm mövzular var. Hədəflər qoyuruq və onlara çatmaq üçün hazırlaşmalıyıq" - H.Hacıyev qeyd edib.