SƏHİYYƏ

Nazirlik elektron reseptlərlə bağlı əhaliyə müraciət etdi - Əməl etməsələr...

Elektron reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur.
Sputnik
BAKI, 24 may — Sputnik. Səhiyyə Nazirliyi elektron reseplərlə bağlı əhaliyə çağırış edib. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, vətəndaşlar reseptlərinin təyin və təmin olunması zamanı bu prosesləri "Elektron resept" tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməlidirlər.
"Vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə, reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu prosesləri "Elektron resept" tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırırıq.
Buna əməl edilmədiyi təqdirdə, vətəndaşları Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qaynar Xətt" nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 ("WhatsApp")) əlaqə saxlamağı tövsiyə edirik"deyə nazirliyin müraciətində bildirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.
Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur.
Bu da, öz növbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.