BAKI, 24 may — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla görüşüb. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin gündəliyi ətraflı müzakirə edilib.
O, görüşün çox səmimi və mehriban şəraitdə keçdiyini qeyd edib.
Mişustinin sözlərinə görə, görüş zamanı gələn il üçün tədbirlər planı da müzakirə olunub.
"Mən bu görüşdən çox məmnunam. Fürsətdən istifadə edib həm Serdar Berdiməhəmmədova, həm də ümummilli lider, Xalq Şurasının sədri, hörmətli Qurbanqulu Berdiməhəmmədova ən xoş arzularımı çatdırdım" - Mişustin deyib.
Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə keçirilib.
Qeyd edək ki, Mişustin MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Aşqabada gəlib.
Bugünkü iclasda MDB dövlətlərinin baş nazirləri ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə etməyi planlaşdırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.