RUSİYA

Mişustin: MDB dost ölkələr və birliklərlə dialoqu davam etdirəcək

Rusiyanın baş naziri deyib ki, MDB ölkələri öz adət-ənənələrini qoruyur və tarixə qayğı ilə yanaşır.
Sputnik
BAKI, 24 may — Sputnik. MDB ölkələri birliyin beynəlxalq nüfuzunun artırılması üçün dost dövlətlər və inteqrasiya birlikləri ilə dialoqu davam etdirəcək. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
O vurğulayıb ki, bu, digər məsələlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin bütün regionun maraqları naminə Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi üçün lazımdır.
Rusiyanın baş naziri deyib ki, MDB ölkələri öz adət-ənənələrini qoruyur və tarixə qayğı ilə yanaşır.

"Biz humanitar əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edirik. Ən əsası, qardaş xalqlarımız bu cür qarşılıqlı əlaqələrin gücləndirilməsində, yeni birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar" - RF hökumət başçısı bildirib.

Onun sözlərinə görə, ilk növbədə söhbət Aİİ, KTMT, ŞƏT, BRİKS və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığından gedir:
"Müstəqil Dövlətlər Birliyinin böyük potensialı var və Rusiya bunu tam reallaşdırmaq üçün sizinlə işləməyə hazırdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.