BAKI, 24 may - Sputnik. MDB ölkələrinin hökumət başçılarının iclasında qəbul edilmiş nəqliyyat dəhlizlərinin 2030-cu ilə qədər inkişafı üzrə tədbirlər planı ticarət dövriyyəsini artıracaq və malların çatdırılmasını sürətləndirəcək. Belə bir açıqlama ilə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
“Hazırda nəqliyyat sektorunda tədbirlər planı qəbul edilib. Biz infrastrukturun modernləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi ilə çox fəal məşğul oluruq və ümid edirik ki, bu, sahibkarlarımız üçün əlavə imkanlar açacaq, bu, çox mühümdür, malların çatdırılmasını sürətləndirəcək və ümumi ticarət dövriyyəsinin artmasına kömək edəcək”, - Mişustin MDB Hökumət Başçıları Şurasının iclasından sonra jurnalistlərə bildirib.
Baş nazir əlavə dib ki, təklif olunan tədbirlər "ümumiyyətlə Birliyimizin güclü tranzit potensialını açacaq".
Qeyd edək ki, MDB ölkələrinin baş nazirləri 2030-cu ilə qədər infrastrukturun optimallaşdırılması və MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə tədbirlər planı barədə qərar qəbul ediblər. Müvafiq qərar MDB Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında qəbul edilib.
Özbəkistanın nəqliyyat nazirinin müavini İlxomjon Abduqafarov fəaliyyət planı ilə bağlı məruzəsi zamanı qeyd edib ki, planın icrası MDB ölkələrinin tranzit potensialının reallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin infrastrukturunun inkişafı və digər mühüm aspektlər üzrə tədbirləri nəzərdə tutur.
MDB ölkələrinin baş nazirləri MDB-də ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərinə, o cümlədən enerji və nəqliyyat, ekologiya, əqli mülkiyyətin qorunması, mədəni-humanitar sahələr üzrə bir sıra sənədlərin layihələrinə baxırlar.
Gözlənilir ki, MDB-yə üzv dövlətlər arasında energetika sahəsində 2035-ci ilədək olan dövr üçün Əməkdaşlıq Konsepsiyası və MDB-yə üzv dövlətlərin ərazisindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə 2030-cu il üzrə Tədbirlər Planı təsdiq olunacaq.
MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 7-8-də Rusiyada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.