BAKI, 24 may — Sputnik. MDB Hökumət Başçıları Şurasının növbəti iclasının noyabrın 7-8-də Rusiyada keçirilməsi planlaşdırılır. Bu barədə Birliyin baş katibi Sergey Lebedev Aşqabadda keçirilən şura iclasında bildirib.
"Rusiya Federasiyasının təklifi ilə Hökumət Başçıları Şurasının növbəti iclasının 2024-cü il noyabrın 7-8-də Rusiya Federasiyasında keçirilməsi planlaşdırılır" - o deyib.
Qeyd edək ki, MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası Aşqabadda keçirilir.
Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə keçirilib.
Bugünkü iclasda MDB dövlətlərinin baş nazirləri ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə etməyi planlaşdırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.