DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan NATO-dakı rolunu yenidən qiymətləndirir - Orban

Macarıstanın baş naziri əlavə edib ki, Brüssel bundan xəbərdardır və hətta Macarıstan üçün yeni bir termin də irəli sürüb - "partiyasız".
Sputnik
BAKI, 24 may — Sputnik. Macarıstan hökuməti NATO-nun Ukraynadakı hərbi missiyasında iştirak etmək istəmədiyi üçün ölkəsinin alyansdakı rolunu yenidən qiymətləndirir. Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun səhər proqramında çıxışı zamanı deyib.
O qeyd edibki, Macarıstan NATO-nun üzv ölkələri Ukrayna münaqişəsinə birbaşa cəlb etmək və Rusiya ilə birbaşa toqquşmaya səbəb ola biləcək hərəkətlərə təhrik planlarında iştirak etmək niyyətində deyil.
Onun sözlərinə görə, Brüsseldə hərbi planlaşdırma aparılır, işçi qruplar NATO-nun bu müharibədə necə iştirak edə biləcəyi üzərində işləyir.

"Macarıstan buna qarşıdır. Müharibədə iştirak etmədən NATO-nun üzvü olaraq necə kənarda qala biləcəyimizi müəyyən etmək üçün hökumətdə kifayət qədər iş aparılır" - Orban deyib.

Macarıstanın baş naziri əlavə edib ki, Brüssel bundan xəbərdardır və hətta Macarıstan üçün yeni bir termin də irəli sürüb - "partiyasız".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.