BAKI, 24 may — Sputnik. Azərbaycanda zəhərli ilanların aktiv mövsümü başlayıb. Kliniki Tibbi Mərkəzdən "Sputnik Azərbaycan"a verilən məlumata görə, aprel ayında ilan sancması ilə 4 nəfər tibb müəssisəsinə yerləşdirilib. Bağ evlərinin və kənd yerlərinin sakinləri yaxın aylarda xüsusilə diqqətli olmalıdırlar.
Məşhur Azərbaycan herpetoloqu Anar Cəfərov mayın 27-də saat 14: 00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn mətbuat konfransı zamanı hansı hallarda ilan hücumunu gözləmək olar, onların daha çox yaşadığı yerləri necə tanımalı, dişləmələrdən necə qorunmalı və ilkin tibbi yardım göstərərkən nə etməli olduğunuz barədə ətraflı məlumat verəcək.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.