RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ silahları artıq Ukraynada münaqişə zonasından kənarda yerləşən hədəflərə tətbiq olunur

Ukrayna Silahlı Qüvvələri ABŞ və Qərb silahlarının köməyi ilə Rusiya ərazisində "ilk növbədə mülki infrastruktur və yaşayış məntəqələrinə" hücum edir.
Sputnik
BAKI, 24 may — Sputnik. ABŞ silahları artıq Ukraynadakı münaqişə zonasından kənarda Rusiya Federasiyası ərazisində müxtəlif hədəflərdə istifadə olunur. Bu, Vaşinqtonun vicdanındadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"ABŞ silahları artıq münaqişə zonasından kənarda müxtəlif obyektlərdə istifadə olunublar. Buna görə də ABŞ-ın ictimai rəyləri və ya NATO üzvləri üçün hansısa sakitləşdirici açıqlamalar verməsi və ya hələ qərar verilmədiyini göstərməyə çalışması, məncə, hiylələrdir", - Lavrov jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ABŞ və Qərb silahlarının köməyi ilə Rusiya ərazisində "ilk növbədə mülki infrastruktur və yaşayış məntəqələrinə" hücum edir.
Bundan əvvəl Lavrov iyunda İsveçrədə Ukraynadakı vəziyyətin müzakirəsi planlaşdırılan, lakin Rusiyanın iştirakı olmadan keçiriləcək konfransdan danışmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.