BAKI, 23 may — Sputnik. Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.
Qasırğanın şiddəti zaman-zaman güclənəcək.
Sputnik Azərbaycan xəbər verir ki, zəifsəviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq.
Geomaqnit qasırğası mayın 24-də saat 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və mayın 25-də saat 15:00-dək davam edəcək. Qasırğa mayın 26-da da saat 18:00-dan 21:00-dək davam edəcək.
Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir. Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər.
Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
13.05.24, 15:25
Sabahdan başlayaraq 5 gün ərzində geomaqnit qasırğası olacaq
Şamaxı Astrofizika Rəsədxanası yaxın günlərdə gözlənilən geomaqnit qasırğası ilə bağlı proqnozlarını açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, 13-19 may tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürətinin ardıcıl baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə 14 maydan sonra sürətinin azalacağı gözlənilir. Əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri də olacaq.
Geomaqnit sahəsinin gözlənilən TKA və əlavə olaraq Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri nəticəsində bu gün güclü (G3), sabah isə zəif (G1) geomaqnit qasırğası gözlənilir.