RUSİYA

Moskvadan erməni Baş nazirə təpki: Paşinyan, açıq danış görək, nə demək istəyirsən?!

Diplomat Paşinyanın 2020-ci ildə "Dağlıq Qarabağ"da keçirilən hərbi əməliyyatlar zamanı guya KTMT-yə daxil olan iki ölkənin Azərbaycana yardım etdiyi barədə son sözlərini şərh edib.
Sputnik
BAKI, 23 may — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyana çağırış edib. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya XİN sözçüsü Paşinyandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı ölkələrinə qarşı iddialarının olduğunu açıqlamasını istəyib..
Diplomat Paşinyanın 2020-ci ildə "Dağlıq Qarabağ"da keçirilən hərbi əməliyyatlar zamanı guya KTMT-yə daxil olan iki ölkənin Azərbaycana yardım etdiyi barədə son sözlərini şərh edib.
"Düzünü desəm, Ermənistanın baş nazirinin hansı ölkələrdən danışdığı mənə maraqlıdır. Hər şeyi özümüz başa düşməliyik? Yoxsa sonra bizə deyəcəklər? Mənə elə gəlir ki, əgər söhbət belə ciddi bəyanatlardan gedirsə, onları açıqlamaq kifayət qədər məntiqli olardı" - Rusiya diplomatik departamentinin nümayəndəsi qeyd edib.
"Rusiyaya gəlincə, o, mümkün olan hər şeyi edib. Bu barədə Rusiya prezidenti Vladimir Putin də danışıb" - Zaxarova xatırladıb.