BAKI, 23 may — Sputnik. Gürcüstanın baş prokuroru İrakli Şotadze səhhəti ilə əlaqədar istefa verdiyini açıqlayıb, o xaricdə müalicə alır. Gürcüstan Baş Prokurorluğu Şotadze barədə məlumat yayıb.
Gürcüstanın baş prokuroru bildirib ki, vəzifəni tərk etmək qərarına gəlib: "Həkimlərin tövsiyələrini nəzərə alaraq mənim üçün ən çətin qərarı verməliyəm".
Onun sözlərinə görə, müalicə bir neçə ay davam edəcək və özü də bir həftədən artıqdır ki, xaricdədir.
"Mən artıq beşinci ildir ki, Gürcüstanın baş prokuroru vəzifəsində işləyirəm və ümumilikdə 2005-ci ildən dövlət qulluğunda çalışıram. Ölkəmə xidmət etmək mənim üçün böyük şərəfdir və həmkarlarımın verdiyi töhfədən qürur duyuram. Mən bu illər ərzində prokurorluğun islahatlarına və inkişafına, cinayətkarlıqla mübarizədə və prokurorluq sisteminin dəyişdirilməsinə nail olmuşam" - Şotadze qeyd edib.