İQTİSADİYYAT

Azərbaycanda dollara tələb azalıb

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.
Sputnik
BAKI, 23 may — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb. Bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: "Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub".
Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.