BAKI, 22 may — Sputnik. "Wi-Fi" 2028-ci ildən Rusiya təyyarələrinin bütün göyərtələrində işləyəcək.
Bunu Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Maksut Şadayev "TASS"a müsahibəsində deyib.
Şadayev bildirib ki, belə bir imkan 2027-ci ildə 900 obyektdən ibarət peyk qrupunun orbitə buraxılması ilə eyni vaxtda əldə olunacaq. Artıq bir neçə sınaq aparatı orbitə buraxılıb. Rusiyadan başqa, 70-dən çox ölkədə bu xidmətlərin göstərilməsi planlaşdırılır.
Bu yaxınlarda yayılan məlumata görə, "Aeroflot" bir ay ərzində 1,04 milyon sərnişin daşıyıb. Buna təyyarədə xidmətin yüksək səviyyədə olması, eləcə də digər göstəricilər təsir edib.