BAKI, 22 may — Sputnik. Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.
Bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Hökmdə, həmçinin ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib.
Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.
E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub.