BAKI, 22 may — Sputnik. Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd göstərir ki, Qərbdə "qlobalist təriqət"in tərəfdarları opponentlərə qarşı açıq siyasi terrora doğru irəliləyirlər. Bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan məlumat verilib.
"Mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd göstərdi ki, qlobalist totalitar-liberal elita "sivil üsullarla" hegemonluqlarını qoruya bilməyəcəkləri bir şəraitdə, açıq siyasi terrora əl atırlar. Bu, onların opponentlərini belə repressiyalar ilə qorxutmaq üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Bildirilib ki, Qərb ölkələrində səslənən Fitsonun sağalması ilə bağlı rəsmi uydurma fikirlərin arxasında qlobalist təriqətin əsl siması gizlənir.
"Onların tərəfdarları sosial şəbəkələrdə çoxsaylı şərhlərdə cinayəti bəyənir və digər milli yönümlü liderləri, xüsusən də Macarıstanın baş naziri Viktor Orban və Serbiya prezidenti Aleksandr Vuçiçi aradan qaldırmağa çağırırlar" - Xarici Kəşfiyyat Xidməti qeyd edib.