DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan erməni kilsəsini "ictimai fikirə təsir agenti" adlandırdı və onu hədələdi

Paşinyan qeyd edib ki, Ermənistanda tarixən din xadimləri Bizansa gedib-qayıtdıqdan sonra agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin bu problemi iki-üç ayda həll edəcək.
Sputnik
BAKI, 22 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının mitinqləri fonunda bildirib ki, Erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub.
Sputnik Ermənistan xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışında bildirib.
“Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə təsir agentinə çevrilirdilər. Deyəsən indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya bu məsələni həll edəcəyik” - Paşinyan deyib.
11.05.24, 12:17
Polis Eçmiədzində silahlı şəxsləri saxlayıb
Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.
Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.
07.05.24, 19:20
Paşinyan Ermənistanda qarışıqlıq yaradanların kimliyini açıqladı
Bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata rəhbərlik edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır. Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bununla da Paşinyan Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiya və ərazi güzəştlərinə qarşı yönəlmiş "Vətən naminə Tavuş" etiraz yürüşünə işarə edib.
Onun fikrincə, bu hərəkatın məqsədi sələflərin hakimiyyətə qayıtmasıdır. Baş nazir bildirib ki, hələ 2021-ci ildə "Hayastan" blokunun lideri (ikinci prezident Robert Köçəryanı nəzərdə tutur – red.) kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.
Paşinyan hesab edir ki, əgər katolikos hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, hərəkata liderlikdən başqa bir şey deyil. Onun sözlərinə görə, katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.