BAKI, 22 may — Sputnik. Mayın 25-dən Bakı-Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək. Sputnik Azərbaycan bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək. Bundan başqa, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edib.
25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
06.04.24, 16:57
Bayram günlərində bölgələrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Ramazan bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq 10-14 aprel tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə reyslər təyin edib. Bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli sürət sərnişin qatarı 10 və 11 aprel tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 18:00-da, 12 aprel tarixində saat 09:15-də Bakıdan Ağstafaya, əks istiqamətə isə saat 15:00-da, 12 və 13 aprel tarixlərində saat 23:55-də Bakıdan Ağstafaya, əks istiqamətə isə 13 və 14 aprel tarixlərdə saat 15:00-da yola düşəcək.
Bununla yanaşı, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 10-14 aprel tarixlərində sürətli sərnişin qatarı hər gün hərəkətdə olacaq.
Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.