BAKI, 22 may — Sputnik. ABŞ-ın Rusiya Federasiyasının nüvə arsenalına nəzarət etmək cəhdləri uğursuzluqla nəticələnib.
Bu barədə Amerikanın "The New York Times" (NYT) qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"Onları (nüvə silahlarını) diplomatik nəzarət altına almaq cəhdləri Soyuq Müharibə dövründə nüvə silahlarına nəzarət müqavilələrinin getdikcə daha geniş şəkildə zəifləməsi fonunda uğursuzluğa düçar olub" - hesabatda deyilir.
Daha əvvəl bildirilib ki, Rusiyada qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin sınaqdan keçirilməsi üçün təlimlərin birinci mərhələsi başlayıb. Cənub Hərbi Dairəsinin raket birləşmələrinin şəxsi heyəti təlim-döyüş tapşırıqlarını yerinə yetirir.
Xatırladaq ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Rusiya Federasiyasında nüvə silahının istifadəsini sınaqdan keçirmək üçün təlimlərin keçirilməsi Qərb tərəfindən qəbuledilməz təhlükəsizlik təhdidlərinin yaradılmasına məcburi cavabdır.