TƏHSİL

Uşaq bağçalarına elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması dayandırılır

Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.
Sputnik
BAKI, 21 may — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildiirlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdilənmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədi ilə 24 may 2024-cü il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.
Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.
Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.