BAKI, 21 may — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
© Photo : social page of qafqazislam
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, şeyxülislam İranın Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Təbrizin imamcüməsi Ayətullah Haşiminin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Allahşükür Paşazadə matəm kitabına ürək sözlərini yazıb.
Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub
© Photo : social page of qafqazislam
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.