BAKI, 21 may - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri ilə dövlətlərarası sazişin hazırlanmasının başa çatdırılması və ikitərəfli sazişlərin həyata keçirilməsini müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin saytında verilən məlumata görə, görüş Astanada ŞƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə əlaqədar başsağlığı verib.
İranlı həmkarı əmin edib ki, Rusiya Federasiyası və İran liderlərinin strateji tərəfdaşlığın formalaşması istiqamətində seçdiyi kurs davam etdiriləcək.
Qeyd olunur ki, “əsas parametrləri hər iki tərəf tərəfindən razılaşdırılan yeni əsas dövlətlərarası sazişin hazırlanmasının başa çatdırılmasına xüsusi diqqət yetirilib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.