BAKI, 21 may — Sputnik. İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib. Bu barədə Şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.
"Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib", - o, qeyd edib.
Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.