RUSİYA

İran xalqına hesabat veriləcək - İranlı səfir

İran İslam Respublikasının müvafiq nazirlikləri və səlahiyyətlilər artıq araşdırmaya başlayıblar.
Sputnik
BAKI, 21 may — Sputnik. İran prezidentinin və xarici işlər nazirinin ölümü ilə bağlı təhqiqat yekunlaşacaq və araşdırmanın nəticələri İranın Ali Rəhbərinə və xalqına veriləcək. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

"Bütün liderlərimiz dəfn mərasiminin keçirilməsi üçün səylərini cəmləyiblər. Təbii ki, biz araşdırmanı başa çatdıracağıq. İran İslam Respublikasının müvafiq nazirlikləri və səlahiyyətlilər artıq araşdırmaya başlayıblar. Əlbəttə ki, aydın hesabat olacaq və bu hesabat Ali Rəhbərə, eləcə də İran xalqına veriləcək" - Cəlali Soloviev LIVE telekanalında bildirib.

Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.