BAKI, 21 may — Sputnik. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Rüstəm Rəşidoviç Talışinskiy Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktor vəzifəsinə təyin edilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə Sərdar Əjdər oğlu Əsədov Mərkəzin İcraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, ötən il Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunmuşdu.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə Sərdar Əjdər oğlu Əsədov Mərkəzin İcraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bir neçə gün əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.