BAKI, 21 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiyanın vahid kontinental sülh, sabitlik, qarşılıqlı etimad və inkişaf məkanına çevrilməsinin "dəstək sütunlarından birinə" çevrilə bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bizim ümumi rəyimiz var - ŞƏT çoxqütblü dünya nizamının dayaq sütunlarından biri olaraq qalır. O, Avrasiyanın sülhün, sabitliyin, qarşılıqlı etimad və inkişafın vahid ümumqontinental məkanına çevrilməsinin hərəkətverici qüvvəsinə çevrilməyi bacarır. Biz bu gün bu barədə çox danışdıq", - Lavrov jurnalistlərə bildirib.
O izah edib ki, söhbət Avrasiya məkanında yerləşən bütün strukturların potensialının birləşdirilməsindən, proqramların, ilk növbədə, iqtisadi inkişaf, infrastruktur, logistika, təhlükəsizlik sahəsində uyğunlaşdırılmasından gedir.
Çünki etibarlı təhlükəsizlik yalnız qeyri-regional siyasətə müdaxilə etmədən qitənin özünün qüvvələri ilə təmin edilə bilər və biz bu cür tendensiyaları həm ABŞ, həm Avropa İttifaqı, həm də NATO tərəfindən müşahidə edirik. Onlar bütün baş verənlər üçün məsuliyyəti fəal şəkildə öz üzərlərinə götürmək istəyirlər. Sadə dillə desək - bu, bütün Avrasiya qitəsində proseslərə müdaxilə etmək deməkdir" - Lavrov vurğulayıb.
Bundan əvvəl Sergey Lavrov ABŞ-nin aviasiya sanksiyalarının insanları riskə atdığını söyləmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.