RUSİYA

Azərbaycan Moskvada "Azot Sintezqaz Rusiya və MDB" sərgi-konqresində təmsil olunacaq

Konqresdə 250-dən çox iştirakçının - Rusiya və MDB ölkələrindən azot, metanol, ammonyak və mineral gübrələr istehsal edən ən böyük müəssisələrin, tənzimləyici orqanların, texnologiya və avadanlıq təchizatçılarının təmsil olunacağı gözlənilir.
Sputnik
BAKI, 21 may — Sputnik. Azərbaycan Moskvada mayın 22-23-də keçiriləcək "Azot Sintezqaz Rusiya və MDB" sərgi-konqresində təmsil olunacaq.
İllik 7-ci "Azot Sintezqaz Rusiya və MDB" sərgi-konqresi Rusiya və MDB ölkələrindən azot, metanol, ammonyak və mineral gübrələr (azot, kalium, fosfor, kompleks) istehsal edən ən böyük müəssisələrin, hakimiyyət orqanlarının, yoxlama-nəzarət orqanlarının, istehsal texnologiyaları lisenziyarlarının, avadanlıq istehsalçıları və təchizatçılarının, mühəndislik və layihə-tikinti şirkətlərinin, texnologiya və xidmət təminatçılarının iştirakı ilə sintez qazının emalı sahələrinin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün unikal peşəkar qapalı platformadır.
Bu il tədbirdə Azərbaycanı "SOCAR RUS" şirkəti təmsil edəcək
Konqresdə 250-dən çox iştirakçının - Rusiya və MDB ölkələrindən azot, metanol, ammonyak və mineral gübrələr istehsal edən ən böyük müəssisələrin, tənzimləyici orqanların, texnologiya və avadanlıq təchizatçılarının təmsil olunacağı gözlənilir.
SOCAR əməkdaşı
Tədbir çərçivəsində Rusiya və MDB ölkələrindən sənaye müəssisələrinin tikintisi və modernləşdirilməsi üzrə 45-dən çox yeni və cari investisiya layihəsi təqdim olunacaq. Həm də sənaye rəhbərlərinin "Keçmiş çağırışların faydalı təcrübəyə çevrilməsi: sənayenin və onun daxilindəki müəssisələrin inkişafı üçün böhranın aradan qaldırılması" mövzusunda müzakirəsi təşkil olunacaq.
Tədbirin konsepsiyası texnoloji sərgi, tematik sessiyalar və məruzələrlə çıxışlar, əvvəlcədən razılaşdırılmış cədvəl üzrə təkbətək işgüzar görüşlər, işgüzar nahar, qəhvə fasilələri, interaktiv müzakirələr şəklində müxtəlif formatları nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.