RUSİYA

ABŞ-nin aviasiya sanksiyaları insanları riskə atır - Lavrov

Rusyanın xarici işlər naziri ABŞ-nin yeritdiyi siyasətin adi vətəndaşları təhlükə altına qoymasından danışıb.
Sputnik
BAKI, 21 may - Sputnik. Vaşinqton aviasiya sənayesində, o cümlədən İrana qarşı tətbiq etdiyi regional sanksiyalar və ABŞ istehsalı olan təyyarələrin ehtiyat hissələrinin tədarükünə qadağa qoyması ilə qəsdən adi vətəndaşlara təhlükə altına qoyur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ŞƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) yekunlarına dair mətbuat konfransında deyib.

“İranın keçmiş xarici işlər naziri Cavad Zərif artıq bunu birbaşa bəyan edərək, ABŞ-ni sanksiyalar tətbiq etməklə insanların həyatını riskə atmaqda, o cümlədən ABŞ istehsalı olan təyyarələr üçün ehtiyat hissələrinin tədarükünə qadağa qoymaqda ittiham edib" - nazir bildirib.

Onun sözlərinə görə, amerikalılar bunu inkar edirlər, amma əslində ABŞ-nin sanksiyalar elan etdiyi digər ölkələr ABŞ texnikası, o cümlədən aviasiya üçün ehtiyat hissələri almır.
O, hakimiyyətə qarşı yönəldiyi iddia edilən ABŞ sanksiyalarının əslində insanlara zərər verməməsi barədə bəyanatların yalan olduğunu vurğulayıb.
“Bu halda söhbət nəqliyyat vasitələrindən istifadə edən sadə vətəndaşlara qəsdən zərər vurmaqdan gedir” - nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.