HADİSƏ

İlham Əliyev FHN-ə İranda axtarış-xilasetməyə dəstək vermək üçün hazır olmağı tapşırıb

FHN İlham Əliyevin tapşırığına əsasən lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət qrupun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olduğunu İran tərəfinə bildirib.
Sputnik
BAKI, 20 may - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.
19.05.24, 20:10
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
İran Prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki paylaşımında deyilir.
"Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır", - paylaşımda deyilir.
HADİSƏ
Əliyev: İran Prezidentinin helikopterinin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi