BAKI, 20 may — Sputnik. Son zamanlar multimedia mütəxəssisləri arasında video istehsalının “təməl”ini nəyin təşkil etdiyi və videonun bir formasını digərinə necə çevirmək barədə biliklər getdikcə daha çox tələb olunur.
Məzmununuzun baxış almasını təmin etmək üçün “açar”ı necə seçmək olar? YouTube, TikTok və Telegram üçün videolar arasında fərq nədir?
Bu barədə mayın 22-də saat 12:00-da Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində SputnikPro tədris modulunda “Rossiya Seqodnya” media qrupunun Sputnik Yaxın xaric və Baltikyanı ölkələr üzrə multimedia mərkəzləri Direktorluğunun montaj rejissoru Dmitri Budantsev məlumat verəcək.
Əlaqə:
Telefonlar:
404-13-84/85
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir:
Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.