DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Çin Qərbi zəiflədən alternativ dünya qururlar

Qərb ölkələri Rusiya və Çinin təklif etdiyi dünya nizamından son dərəcə narazıdırlar.
Sputnik
BAKI, 20 may — Sputnik. Rusiya və Çin dövlətlərin əməkdaşlıq edəcəyi və bir-birinə hörmət edəcəyi alternativ dünya yaratmağa başlayıb ki, bu da istər-istəməz Qərbin zəifləməsinə gətirib çıxaracaq.
Bu fikri “Dialogue Works” YouTube kanalına müsahibəsində “ABN Amro” bankının xarici ticarət strategiyaları üzrə keçmiş direktoru, iqtisad elmləri namizədi Toni Norfild deyib.
“Ümumi mənzərə ondan ibarətdir ki, Rusiya və Çin əslində alternativ dünya yaradırlar. Onlar ölkələrin əməkdaşlıq edə biləcəyi və bir-birinə hörmətlə yanaşdığı bir sistem qurmağa hazırlaşırlar. Bu isə mahiyyət etibarilə Qərbin gücünün zəifləməsi deməkdir” - analitik əmindir.
O qeyd edib ki, Rusiya və Çin Qərbi özlərinə düşmən hesab etmirlər, onlar yalnız ədalətli çoxqütblü dünya qurmaq istəyirlər. Norfildin sözlərinə görə, Qərb ölkələri Rusiya və Çinin təklif etdiyi dünya nizamından son dərəcə narazıdırlar.
Ekspert əlavə edib ki, Qərb Moskva ilə Pekin arasında əlaqələrin pozulmasını çox istərdi, lakin hələlik onun bütün hərəkətləri bu ittifaqın möhkəmlənməsinə gətirib çıxarır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin çoxqütblü dünyanın ədalətli olduğunu elan edib.