DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcək

Əli Baqeri, həmçinin İran hökumətinin xarici əlaqələr komitəsinin rəhbəri təyin edilib.
Sputnik
BAKI, 20 may — Sputnik. İranın xarici işlər nazirinin müavini Əli Baqeri XİN başçısı səlahiyyətlərini icra edəcək.
Məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, Əli Baqeri, həmçinin İran hökumətinin xarici əlaqələr komitəsinin rəhbəri təyin edilib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.