İQTİSADİYYAT

Nazir: Orta Dəhlizlə idarə olunan nəqliyyatın həcmində artım müşahidə olunur

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır.
Sputnik
BAKI, 20 may — Sputnik. İpək Yolunun ayrılmaz hissəsi olan Orta Dəhliz vasitəsilə idarə olunan nəqliyyatın həcmində davamlı artım müşahidə olunur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 2,7 milyon ton təşkil edib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır", - deyə nazir əlavə edib .