BAKI, 20 may — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusu ilə döyüşmək üçün ölkə qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən dəfələrlə danışıb.
Fransadan olan avropalı deputat Jilber Kollar "İzvestiya" qəzeti ilə söhbətində bu ehtimalı dəyərləndirib.
O, əmindir ki, Fransa lideri, çətin ki, belə bir addım atsın. Qərar vermək üçün ən azı öz ölkəni idarə etməyi bacarmalısan. Makron isə hətta Parisin iğtişaşlar edilən ətrafına qoşun yeridib onları nəzarətə götürə bilmir.
"Təəssüf ki, prezidentimiz oyuncaq qaalay əsgərlərlə oynamağı sevən kiçik bir oğlandır", – Kollar bildirib.
Onun sözlərinə görə, tarixin gedişatı faciəli ola bilər, lakin Makron bunu anlamır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Fransa liderinin bəyanatlarına münasibət bildirib. O, diqqətə çatdırıb ki, əvvəlcə Parisin öz qoşunlarını daxil edib-etməyəcəyini anlamaq, sonra isə bu hərəkətlərə mümkün cavab variantlarını nəzərdən keçirmək lazımdır.