RUSİYA

Lavrov Qərbi Ukraynanı öz məqsədləri üçün qurban verməyi dayandırmağa çağırıb

Kiyev rejiminin yer üzündəki reallıqları qəbul etməsinin vaxtıdır.
Sputnik
BAKI, 20 may — Sputnik. Qərb isə Ukraynanı öz məqsədləri üçün qurban verməyi dayandırmalıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinlə söhbətində deyib.
"Kiyev rejiminin yer üzündəki reallıqları qəbul etməsinin vaxtıdır. Ümid edirəm ki, bu mesaj qəbul olunacaq və Qərb başa düşəcək ki, Ukraynanı tamamilə puç məqsədlərinə qurban verməyi dayandırmağın vaxtı çatıb", - Lavrov qeyd edib.
Xarici işlər naziri, həmçinin bildirib ki, Rusiya Qərb ölkələri ilə strateji sabitlik üzrə dialoqa açıq qalır. Lakin dialoq güc mövqeyindən deyil, bərabər şərtlərlə aparılmalıdır.
Qeyd edək ki, Lavrov bir müddət əvvəl Qərbin Rusiya təhlükəsi ilə bağlı yalan tezis irəli sürdüyünü bildirmişdi.