DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiyada Rusiya Federasiyası ilə sərhədin qismən açılmasından danışıblar

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "qaçqınlar haqqında qanun"un qəbulundan sonra Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin açılmasını istisna etməyib.
Sputnik
BAKI, 20 may — Sputnik. Finlandiya hökuməti "sığınacaq axtaran şəxslərin ölkədən çıxarılması haqqında" qanunu qəbul etdikdən sonra Rusiya Federasiyası ilə sərhədi qismən aça bilər.
Bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
"Qanun qəbul edildikdə, biz sərhədi ehtiyatla açmağa çalışacağıq" – o, "Yle Radio Suomi"yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, "bir sərhəd nöqtəsindən başlamağa cəhd etmək olardı". Onun sözlərinə görə, "əməkdaşlıq yaranarsa" digər sərhəd-keçid məntəqələrinin açılması da mümkün olacaq.
Orpo əlavə edib ki, hazırda sərhədin açılmasını gözləyən minlərlə miqrant var.
Daha əvvəl bildirilmişdi ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "qaçqınlar haqqında qanun"un qəbulundan sonra Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin açılmasını istisna etməyib.