SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

O bildirib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır.
Sputnik
BAKI, 19 may - Sputnik. Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir.
Bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi deyib.
O bildirib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Əliyev: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir