HADİSƏ

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Sputnik
BAKI, 19 may - Sputnik. Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.