BAKI, 18 may — Sputnik. Rusiya və Çin kosmik sahədə bir çox perspektivli tərəfdaşlıq istiqamətlərinə malikdirlər. Bu barədə "RİA Novosti" Rusiya prezidenti Vladimir Putinin Harbin Politexnik Universitetinə səfəri zamanı söylədiklərinə istinadən xəbər verib.
"Bizim çox yaxşı, perspektivli əməkdaşlıq istiqamətlərimiz var", - Rusiya dövlət başçısı vurğulayıb.
Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyası kosmosun inkişafında lider olub və olaraq da daqalır. Prezident həmçinin ÇXR-in kosmos sahəsində "görkəmli nailiyyətlərini" də xatırladıb.
Bu ilin fevral ayında Çin Xarici İşlər Nazirliyi Rusiya silahlarının kosmosda "yerləşdirilməsi" ilə bağlı ölkənin rəsmi mövqeyini açıqlayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Çin və Hindistan liderləri Si Cinpin və Narendra Modinin Rusiyanı "fəlakətə çevrilə biləcək" addımdan çəkindirməli olduğunu söyləyib.
Bundan əvvəl ABŞ Kosmik Komandanlığı Rusiya və Çinin kosmosdakı təhlükəsindən danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.