DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Miqrantlar üçün Aİ hüdudlarından kənarda düşərgələr tikmək təklif edilir

2015-ci ildə miqrant dalğası Avropanı bürüyərkən Niderlandd da oxşar ideyanı irəli sürmüş, lakin elə o zaman bunun Aİ qanunvericiliyinə zidd olduğu qəbul edilmişdi.
Sputnik
BAKI, 18 may — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri miqrantların Aİ hüdudlarından kənarda yerləşdirilməsi üçün mərkəzlər tikməyi təklif edirlər. Bu barədə "RMF FM" radiostansiyası Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

"Bir ildən, yəni, Polşanın Avropa İttifaqına sədrliyi başa çatdıqdan sonra, Aİ-nin sığınacaq prosedurları ilə bağlı tənzimləməsinə yenidən baxılmalıdır. Onu yerinə yetirmək öhdəliyi mayın 14-də qəbul edilmiş "sığınacaq və miqrasiya paktı"nın elementlərindən biri olan reqlamentdə təsbit edilib. Avropa İttifaqından kənarda miqrantlar üçün mərkəzlərin yaradılması təklifi ilə Polşa da daxil olmaqla 15 ölkə Avropa Komissiyasına məktubla çıxış edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, bunun üçün yeni qanunvericilik və müvafiq qərarlar tələb olunacaq.
"On beş ölkənin siyahısı artıq müzakirəni açır və gələcək Avropa Komissiyasına miqrantların Aİ xaricindəki təhlükəsiz ölkələrə göndərilməsinə imkan verən qanuni həllər təklif etmək üçün təzyiqdir. Burada sığınacaq istəkləri və orada deportasiya gözləyən qanunsuz miqrantlar üçün Aİ xaricində düşərgələrin yaradılması nəzərə alınacaq", - məlumatda deyilir.
Hazırda Avropa qanunvericiliyində belə imkanlar nəzərdə tutulmur. 2015-ci ildə miqrant dalğası Avropanı bürüyərkən Niderlandd da oxşar ideyanı irəli sürmüş, lakin elə o zaman bunun Aİ qanunvericiliyinə zidd olduğu qəbul edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.