HƏRBİ

HHQ komandanı vəzifəsini general-mayor Namiq İslamzadə icra edəcək - KİV

Hərbi Hava Qüvvələrinin keçmiş komandanı xidmətdən yaş həddi ilə əlaqədar azad edilib.
Sputnik
BAKI, 18 may - Sputnik. Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib. Bu barədə APA xəbər yayıb.
Bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Qeyd edək ki, mayın 11-də Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.