BAKI, 18 may — Sputnik. Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, 5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.
Həmçinin bildirilib ki, abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2203 olub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.