BAKI, 18 may — Sputnik. Lüksemburqun Deputatlar Palatası yekdilliklə Ermənistanı dəstəkləyən qətnamə qəbul edib. Qətnamədə regionda sülhə çağırış vurğulanır ancaq... Ancaq bu dəstək daha çox tarixə qovuşmuş münaqişənin küllərindən yeni ocaqlar qalamaq məqsədi güdür. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan vasitəçisiz qurulan təmaslardan sonra müvəffəqiyyət əldə edirlər. Bu müvəffəqiyyət isə dünyanın bir çox yerlərindən gələn alqış mesajları müşayiət olunur. Gerçəklik isə tamam başqadır. İki suveren ölkənin münasibətlərini diplomatik müstəvidə aydınlaşdırması, razılıqlıq əldə etməsi bir çox dairələrin maraqlarına ziddir.
Elə Lüksemburqun Deputatlar Palatasının sülhü dəstəkləməsi kimi. Lüksemburq Palatasının Ermənistanın xəritədə yeirni bilməyən deputatlarının gözyaşardan erməni sevgisi həm də Aİ-nin regiona münasibətinin ifadəsidir.
Azərbaycan Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a deyir ki, ölkəmizə qarşı qərəzli mövqenin formalaşdırılması Ai-də aktuallığını saxlamaqdadır: "Bu Aİ-nin Azərbayca-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində yer almaq cəhdlərinin kifayət qədər təhlükəli olmasının göstəricisidir. Qətnamədə göstərilir ki, 100 mindən artıq insan zorakı yolla Azərbaycan ərazisindən köçürülübdür. Bu ifadələrinin özünün absurdluğu əslində şərhə layiq deyil. Nədənsə avropalı parlamentarilər Azərbaycanın reinteqrasiya ilə bağlı çağırışlarının görməzdən gəlirlər. İşğaldan azad etdiyimiz ərazilərdə radio yayımları ilə ermənilərə çağırışlar edilirdi. Sözsüz ki, Avropada bununla bağlı məlumatlar mövcuddur".
Millət vəkili bildirir ki, bütün bunlar Azərbaycana qarşı növbəti dəfə qərəzli fikir formalaşdırmaq cəhdidir. Onun sözlərinə görə, Avropa məkanında Azərbaycana qarşı siyasi hücumların davam etdirildiyinin göstəricisidir: "Azərbaycan erməniləri qovmayıb, öz ərazisindəki separatizmi aradan qaldırıb. Lüksemburq parlamentarilərinin Azərbaycanın atdığı addımı təqdir etməlidir. Çünki Avropanın özündə separatizm potensialı yüksəkdir və bu ümumi təhlükəsizliyiə ciddi təhdid yaradır. Görünür Avropada xüsusi çəkiyə malik olan Belçika bu cür hallara qərəzli prizmasından yanaşır. Nəzərə almaq lazımdır ki, Belçika hər zaman Ermənistanın işçğalçılıq siyasətini dəstəkləyibdir. Sözsüz ki, Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi son qətnamə Avropa siyasi dairələrinin nəzarətindən kənar baş verməyib. Bu artıq Avropa İttifaqının alışılmış davranış qaydasıdır. Mahiyyət olaraq Aİ-yə üzv olan ölkələrin sərbəst mövqeyi olmur".
"Bu gün Fransa regiona müdaxilə etmək, gərginlik elementləri yaratmaq istəyir. Bu halda Fransanı Aİ-dən ayrıca nəzərdən keçirmək olmaz. İndiki halda görünür ki, Lüksemburq üzərindən Ermənistana müəyyən bir siyasi jestlər edilməkdədir. Sözsüz ki, Aİ Azərbaycanın yaratmış olduğu reallıqları həzm edə bilmir, müxtəlif istiqamətlərdə gərginliyin yaradılması, Azərbaycana qarşı siyasi hücumlarını davam etdirir. Buna baxmayaraq Azərbaycanın mövqeyi getdikcə möhkəmlənməkdədir. Məsələnin digər tərəfi isə Ermənistanın sülh ritorikasına üstünlük verməsinə baxmayaraq, Azərbaycan əleyhinə baş verənləri məmnuniyyətlə tirajlayır. Əgər Ermənistan səmimiyyətlə sülh istəyirsə, özü bu halların qarşısını almalıdır. Ermənistanın Belçikadakı səfirliyi bu qətnaməni reklam etməkdədir. Səfirlik Ermənistan XİN-dən kənar addım ata bilməz. Bu onu göstərir ki, Ermənistan Azərbaycana qarşı əvvəlki mövqeyində qalmaqdadır", - millət vəkili fikirlərini yekunlaşdırıb.