BAKI, 18 may - Sputnik. "İkili standartlar siyasəti Avropa strukturlarının ayrılmaz hissəsinə çevrilib, faktiki olaraq Avropa İttifaqı söz azadlığına dözmür". Dövlət Dumasının sədri Vyaçeslav Volodin Aİ-nin bir sıra KİV-lərin Avropada yayımını dayandırmaq qərarını bu cür şərh edib.
“Aİ Şurası RİA Novosti agentliyinin, “İzvestiya” qəzetinin və “Rossiyskaya qazeta”nın yayım fəaliyyətini dayandırmaq qərarına gəlib. İkili standartlar siyasəti Avropa strukturlarının tərkib hissəsinə çevrilib. Avropa İttifaqının rəhbərliyi yalnız söz azadlığından danışa bilər, amma reallıqda buna dözmür”, - Volodin Telegram kanalında yazıb.
Dövlət Dumasının sədri hesab edir ki, Avropa İttifaqı istənilən alternativ baxışı əngəlləyir və söz azadlığını məhv edir.
“Yayımın qadağan edilməsi qərarı Avropa ölkələrinin sakinlərinin obyektiv və etibarlı məlumatlara çıxışını rədd etmək istəyindən başqa bir şey deyil”, - Volodin əlavə edib.
Duma rəhbəri medianın jurnalistlərinə minnətdarlığını da bildirib. Onun fikrincə, “Avropa bürokratları” onların işlərinin effektivliyini hiss edir və buna görə də medianın fəaliyyətini məhdudlaşdırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.