BAKI, 17 may — Sputnik. Hazırda Rusiyanın Xarkovu ələ keçirmək planları yoxdur. Bunu Rusiya Prezidenti Vladimir Putin Xarbində jurnalistlərlə söhbətində bildirib.
Eyni zamanda, Rusiya lideri Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyat keçirməsini Ukrayna Silahlı Qüvvələrinin atəşinə cavab olaraq təmiz zonanın yaradılması ilə əlaqələndirib.
“Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyatı Ukrayna hakimiyyətinin günahıdır. Bu, Rusiya Federasiyasının regionlarının atəşə tutulmasına cavabdır” - Putin deyib.
Prezident əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hər gün irəliləyir.