BAKI, 17 may - Sputnik. Rusiya NATO-ya hücum etmək niyyətində deyil, bu barədə mülahizələr isə cəfəngiyyatdır.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Qərb qrupundakı özündənrazlarla yanaşı, baş verənlərlə bağlı müzakirələrə təzə fikirlər gətirdiyini sanan bir çox modaçılar da var. Məsələn, Vaşinqtonun əmri ilə 2024-cü ilin yaz-yay mövsümünün modası Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı, mütləq digər NATO ölkələrinə hücum edəcəyi ideyasına çevrilib. Bu, tamamilə absurddur”, – o, qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynanın məğlub olacağı təqdirdə Rusiya rəhbərliyinin “dayanmayacağı” və “regionda daha aqressiv addımlar atacağı” fikrini bildirmişdi.