BAKI, 16 may — Sputnik. Mayın 16-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 16-da kim anadan olub?
Arif Quliyev (1950-2021) - Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. O, "Bəyin oğurlanması", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim" filmlərində müxtəlif obrazları canlandırıb.
Xalq artisti Arif Quliyev
© Photo : APA
Çinarə Əlizadə (1987) - Azərbaycanın əməkdar artisti, ballerina və Polşa Milli Baletinin hazırkı solistidir. O, 2005-2017-ci illərdə Rusiya Böyük Teatrının solisti olub. Çinarə Əlizadə "Qu gölü", "Yatmış gözəl", "Korsar", "Fironun qızı", "Jizel", "Don Kixot" və s. tamaşalarda iştirak edir.
Rafiq Hüseynov (1988) - Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, Azərbaycan milli komandasının üzvü, ikiqat dünya çempionu (2021 və 2023), üçqat Avropa çempionu (2011, 2020 və 2022) və 2015-ci il Dünya Kubokunun qalibidir. O, 2024-cü ilin mayında İstanbulda keçirilən dünya təsnifat turnirində yarımfinal döyüşündə qalib gələrək Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb.
Rafiq Hüseynov
© AFP 2024 / ANDREJ ISAKOVIC
Olqa Berqqolts (1910-1975) - Rusiya və Sovet şairəsi, hərbi jurnalistdir. O, 1938-ci ildə "Ədəbi qrup"un işi üzrə repressiyaya məruz qalıb. Şairə Leninqrad blokadasının bir çox qurbanlarının dəfn olunduğu Piskaryov qəbiristanlığında memorial stela üzərində qeyd edilmiş şüara çevrilən "Heç kim unudulmur, heç nə unudulmur" ifadəsinin müəllifidir.
Pirs Brosnan (1953) - irlandiyalı aktyor və prodüserdir. O, dörd filmdə Ceyms Bond rolunu canlandırıb: "Qızıl göz", "Sabah heç vaxt ölməyəcək", "Bütün dünya kifayət deyil" və "Öl, lakin indi yox".
Canet Cekson (1966) - ABŞ müğənnisi, kinoaktrisa və Maykl Ceksonun kiçik bacısıdır. "Billboard" jurnalının məlumatına görə, o, bütün dünyada 100 milyon nüsxədən çox albom sataraq, müasir pop musiqi tarixində albomlarının ən çox satılan sənətçilərdən biridir. Amerika Səsyazma Sənayesi Assosiasiyası albom satışına görə onu ABŞ qadın müğənniləri siyahısında 11-ci yer ilə qiymətləndirilib.
Canet Cekson
© © Willy Sanjuan/Invision/AP
Meqan Foks (1986) - amerikalı aktrisa və fotomodeldir. O, "Transformerlər" və "Transformerlər: Məğlubların qisası" filmlərindəki mükəmməl rolu ilə tanınır. Aktrisa həmçinin "Nindza Tısbağalar" və "Nindza Tısbağalar 2" filmlərində rol alıb. "FHM" jurnalına görə, Meqan Foks ən cazibədar qadın sayılır (2008).
Meqan Foks
© AP Photo / Jordan Strauss
16 May tarixində dünyada baş verən tarixi hadisələr
1924-cü ildə SSRİ-də "Murzilka" adlı uşaq jurnalının ilk nömrəsi nəşr olunub.
1929-cu ildə ABŞ-da "Oskar" film mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
"Oskar" film mükafatı
© AFP 2024 / MARK RALSTON
1969-cu ildə Sovet planetlərarası "Venera 5" kosmik gəmisi Venera planetinə eniş edib. Burada tədqiqat kapsulu atmosferə paraşütlə endirilib.
Venera
© AFP 2024 / STR
1975-ci ildə yapon qadın Junko Tabei dünyanın ən güclü alpinistlərindən biri olaraq Everesti fəth edən ilk qadın kimi tarixə düşüb.
Bu gün Beynəlxalq İşıq Günüdür. Bayram, işığın mərkəzi rolunu və onun elmə, mədəniyyətə, təhsilə və digər sahələrə verdiyi töhfəni qəbul edən qlobal təşəbbüsdür. Bu tarix təsadüfən seçilməyib: 1960-cı ilin məhz bu günü fizik və mühəndis Teodor Mayman dünyada ilk dəfə lazer nümayiş etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.